Əsas Səhifə > Dünya > ABŞ-a qarşı gözlənilən hər hansı hücuma görə “Qüds Briqadası” məsuliyyət daşıyacaq
ABŞ-a qarşı gözlənilən hər hansı hücuma görə “Qüds Briqadası” məsuliyyət daşıyacaq30-05-2019, 08:53 |
“Amerika öz müttəfiqləri ilə İranın və ona bağlı silahlı qruplaşmaların planlaşdırdıqları təxribatçı addımlara qarşı kəskin cavab vermək üçün məsləhətləşmələr aparır”. ONA xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib. O qeyd edib ki, “Qüds Briqadası”nın komandanı Qasım Süleymani regionun bəzi ölkələrində fəaliyyət göstərən şiə məzhəbli silahlılardan istifadə etməklə, ABŞ-a qarşı hücumlar təşkil etməyə çalışır. Bolton həmçinin əlavə edib ki, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı İranın nüvə silahı əldə etməsinin böyük təhlükə olacağına dair yekdil fikirdədir. Xatırladaq ki, Con Bolton ötən gün Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib. Geri qayıt |