Əsas Səhifə > Dünya > Kim Çen Inın qardaşının MKİ ilə əlaqələri üzə çıxıb

Kim Çen Inın qardaşının MKİ ilə əlaqələri üzə çıxıb


11-06-2019, 08:25
Kim Çen Inın qardaşının MKİ ilə əlaqələri üzə çıxıb
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın qardaşı, 2017-ci ildə Kuala-Lumpur hava limanında öldürülmüş Kim Çen Nam Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məlumatçısı imiş.

"Report" xəbər verir ki, belə bir iddia ilə "The Wall Street Journal" çıxış edib.

Nəşri bilgiləndirən mənbənin sözlərinə görə, Kim Çen Inın qardaşı 2 il əvvəl Malayziyada MKİ-nin üzvü ilə görüşməli imiş.

"ABŞ-ın kəşfiyyat agentliyi ilə cənab Kim arasında əlaqə vardı", - deyə mənbə bildirib.

Qeyd edilir ki, məlumatçı (Kim Çen Nam -red) ilə kəşfiyyat orqanının əlaqəli şəxsi arasında görüş Lanqkavi adasında keçirilib. Nəşr güman edir ki, Kim Çen Nam digər ölkələrin də kəşfiyyat orqanları ilə əməkdaşlıq edə bilər.

Qeyd edək ki, Malayziya məhkəməsi aprelin 1-də Şimali Koreyanın lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qətlində təqsirli bilinən Vyetnam vətəndaşı Doan Txi Xınonqu 3 il 4 ay müddətinə azadlıqdan məhrum edib.

Geri qayıt