Əsas Səhifə > Dünya > ABŞ-da təlim keçən türk pilotları F-35 uçuşlarından uzaqlaşdırılıb

ABŞ-da təlim keçən türk pilotları F-35 uçuşlarından uzaqlaşdırılıb


11-06-2019, 11:24
ABŞ-da təlim keçən türk pilotları F-35 uçuşlarından uzaqlaşdırılıb
F-35 döyüş təyyarələrini idarə etmək üçün ABŞ-ın Arizona ştatındakı "Lyuk" hərbi-hava bazasında olan türk pilotlar təlimlərdən uzaqlaşdırılıb.

SalamNews xəbər verir ki, bu barədə "Reuters" Pentaqon nümayəndəsinə istinadən məlumat verir.

"Foreign Policy" jurnalı xəbər verirdi ki, Pentaqonun rəhbəri Patrik Şanahan türkiyəli tərəfdaşı Hulusi Akara təlimlərdə iştirak edən türk pilotlarının 31 iyula qədər ölkəni tərk etmələri lazım olduğu barədə xəbərdarlıq verib.

"Nazirliyin türk pilotlarının uçuşlarda iştirak etmədiyinə dair məlumatı var", Pentaqon sözçüsü Mayk Endryu bildirib.

Geri qayıt