Əsas Səhifə > Dünya > İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb
İran ABŞ ilə dialoq üçün şərtlərini açıqlayıb13-06-2019, 11:28 |
"Rəsmi Vaşinqton Tehrana qarşı neft sanksiyalarını ləğv etməlidir. Bu, ABŞ və İran arasında dialoqa yol açacaq". "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşdə deyib. İran prezidentinin sözlərinə görə, sanksiyaların aradan qaldırılması çoxlu müsbət dəyişikliklər gətirəcək. Eyni zamanda, H.Ruhani ABŞ-ın İrana qarşı sanksiyaları tezliklə aradan qaldıracağına şübhə ilə yanaşdığını söyləyib. Geri qayıt |