Əsas Səhifə > Dünya > Sara Sanders Ağ Evin mətbuat katibi vəzifəsini tərk edəcək
Sara Sanders Ağ Evin mətbuat katibi vəzifəsini tərk edəcək14-06-2019, 08:27 |
Ağ Evin mətbuat katibi Sara Sanders iyunun sonunda öz postunu tərk edəcək. Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb. D.Tramp yazıb: "O, inanılmaz bir iş görmüş qeyri-adi istedada malik xüsusi bir insandır! Ümidvaram ki, Arkanzasın qubernatoru üçün öz namizədliyini irəli sürəcək". Qeyd edək ki, S.Sanders 2017-ci ildən Ağ Evin mətbuat katibi vəzifəsində çalışıb. Geri qayıt |