Əsas Səhifə > Dünya > ABŞ vurulan pilotsuz aparata görə İrana qarşı sanksiyaları sərtləşdirir
ABŞ vurulan pilotsuz aparata görə İrana qarşı sanksiyaları sərtləşdirir24-06-2019, 09:02 |
ABŞ pilotsuz aparatının vurulmasına və Oman körfəzində tankerlərə hücuma cavab olaraq İrana qarşı sanksiyaları sərtləşdirməyə qərar verib. APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə vitse-prezident Maykl Pens ötən gün “CBS” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, qərar bu gün prezident Donald Tramp tərəfindən elan olunacaq. “Biz sabah (24 iyunda) prezidentin Amerika PUA-sının vurulmasına, eləcə də Oman körfəzində iki tankerə hücuma görə İrana qarşı sanksiya rejiminin növbəti mərhələsini elan etməsini gözləyirik”, - deyə Pens bildirib. Geri qayıt |