Əsas Səhifə > Dünya > Xuan Quaydo dövlət çevrilişinə cəhddə iştirakı ittihamlarını rədd edib

Xuan Quaydo dövlət çevrilişinə cəhddə iştirakı ittihamlarını rədd edib


27-06-2019, 09:36
Xuan Quaydo dövlət çevrilişinə cəhddə iştirakı ittihamlarını rədd edib
Venesuela müxalifətinin lideri Xuan Quaydo dövlət çevrilişinə cəhdin təşkilində özünün iştirakı ilə bağlı ittihamları rədd edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Xuan Quaydo jurnalistləri ittiham edərək, onları bu xəbərləri dəfələrlə təkrarlamaqda qınayıb. O, qeyd edib ki, müxalifətin çağırışı hərbçilərə yönəldilib və bu, konstitusiya çərçivəsindədir.

Qeyd edək ki, Venesuelanın dövlət rəsmiləri hakimiyyət orqanlarının dövlət çevrilişinə cəhdinin qarşısını aldığını bildiriblər. Ölkənin rabitə və informasiya naziri Xorxe Rodriqes müxalifət liderinə qarşı belə ittihamlar irəli sürüb.

Məlumata görə, çevriliş cəhdi iyunun 23-24-ə planlaşdırılıb. Hakimiyyəti devirməyə çalışanlar ölkə prezidenti Nikolas Maduronun qətlini planlaşdırıblar. Nazirin iddiasına görə, Quaydo bu planları bilib və sui-qəsdçiləri dəstəkləyib.

Daha əvvəl Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ona qarşı son sui-qəsd cəhdinin və ölkədə hakimiyyət çevrilişinə cəhdin iştirakçıları tutulub.

Geri qayıt