Əsas Səhifə > Dünya > Tramp: “Türkiyəyə qarşı ədalətli davranılması lazımdır”
Tramp: “Türkiyəyə qarşı ədalətli davranılması lazımdır”29-06-2019, 09:46 |
Yaponiyanın Osaka şəhərində keçirilən G-20 ölkələrinin liderlərinin sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğa arasında görüş olub. APA-nın Türkiyə bürosunun məlumatına görə, görüşdən öncə D. Tramp media mənsublarının suallarını cavablandırarkən bildirib ki, Barak Obama hakimiyyəti dövründə Türkiyənin ehtiyacı olan “Patriot”ları almasına izn verilmədi, əngəl yaradıldı. Bu səbəbdən də Türkiyə başqa sistem almaq məcburiyyətində qalıb: “Dostluq əlaqələrimizin olduğu bir ölkəyə ədalətli davranılması lazımdır. Ortada çətin bir vəziyyət yaranıb. “S-400” sistemiylə bağlı ikitərəfli danışıqlarımız olacaq, bu problemin həlli yollarını arayırıq. Son zamanlar daha çox yaxınlıq duyduğum Ərdoğanla görüşdən qürur duyuram. Bu ölkəylə bizim ticarət əlaqələrimiz genişlənəcək, ticarət həcminin 100 milyard dolların üzərində olması lazımdır”. Rəcəb Tayyib Ərdoğan isə ABŞ-la ortaq strateji əməkdaşlıq məsələsinin önəmini vurğulayıb və bir çox sahələrdə bu əməkdaşlığın davam etməsi istiqamətində danışıqların olacağını bildirib: “Müdafiə sənayesi ilə əlaqədar investisiya qoyuluşu davam edəcək. Amma hazırda ən önəmlisi bizim ABŞ-la strateji ortaqlığımız var. Gələcəkdə bu ortaqlığın inkişaf edəcəyinə tam inanıram”. ABŞ prezidenti Türkiyəyə səfər edəcəyini, amma tarixin hələ dəqiqləşdirilmədiyini bildirib. Qeyd edək ki, iki lider arasında görüş 40 dəqiqə şəkib. Görüşün detalları haqqında mətbuata açıqlama veriləcək. Geri qayıt |