Əsas Səhifə > Dünya > Venesuelada daha bir işıq təxribatı?
Venesuelada daha bir işıq təxribatı?4-07-2019, 09:13 |
Venesuelanın paytaxtı Karakasın bir hissəsində elektrik enerjisi dayandırılıb. Trend-in məlumatına görə, Barut rayonunun meri Darvin Qonsales bildirib ki, fövqəladə halın aradan qaldırılması üçün bütün lazımi planlar işə salınıb. Mer "Twitter" səhifəsində qeyd edib: "İşığın kəsilməsinə qəza səbəb olub. Yalnız Çulaviste, Kolinas-Belyo və Kumbres-de-Kurumoda elektik verilişi stabildir". Belə halın artıq 3-cü gündür ki, ardıcıl olaraq Karakasda təkrarlandığı qeyd edilir. Geri qayıt |