Əsas Səhifə > Dünya > Tramp Pentaqonun 733 milyard dollarlıq layihəsinə veto qoya bilər

Tramp Pentaqonun 733 milyard dollarlıq layihəsinə veto qoya bilər


10-07-2019, 09:55
Tramp Pentaqonun 733 milyard dollarlıq layihəsinə veto qoya bilər
ABŞ prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasında baxılan 2020-ci maliyyə ilinə aid 733 milyard dollarlıq müdafiə büdcəsi layihəsinə vetonu qoya bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilir.

Qeyd edilir ki, əgər hər iki palatanın qanunvericiləri onu bəyənsə, müzakirələr oktyabrın 1-də başlayacaq.

Amerika hökuməti demokratlar tərəfindən nəzarət edilən qanunverici orqanın aşağı palatasının Pentaqona daha əvvəl ayrılması tələb edilmiş 750 milyard dollar əvəzinə 733 milyard dollar ayırmasından narazıdır. Əgər büdcə layihəsinin bu versiyası indiki formada prezidentə təqdim edilsə, dövlət başçısının müşavirləri ona sənədə veto qoymağı tövsiyə edəcəklər.

Qeyd edilir ki, qanun layihəsinin bir sıra bəndləri "dərin narahatlığ"a səbəb olur.

Geri qayıt