Əsas Səhifə > Dünya > Putini özündən çıxarmaq üçün Ukraynaya F-35 qırıcıları?
Putini özündən çıxarmaq üçün Ukraynaya F-35 qırıcıları?17-07-2019, 11:04 |
ABŞ Rusiyadan S-400 “Triumf” zenit-raket kompleksləri aldığına görə Türkiyəyə qarşı cəza tədbirlərini nəzərdən keçirir. Virtualaz.org xəbər verir ki, Konqresdə hər iki partiya-həm demokratlar, həm respublikaçılar Türkiyəyə qarşı dərhal sanksiyaların tətbiq edilməsi üçün prezident Donald Trampa təzyiq göstərirlər. CNN-nin bildirdiyinə görə dövlət katibi Maykl Pompeo və prezidentin milli təhlükəsizlik müşaviri Con Bolton da Türkiyəyə qarşı sanksiyaların tezliklə tətbiq edilməsində israrlıdır. Lakin Tramp özü bu məsələdə tərəddüd edir. Bununla belə Tramp ötən gün jurnalistlərə açıqlamasında Türkiyənin artıq sifariş verdiyi 100 ədəd F-35 qırıcısını ala bilməyəcəyini deyib. Onun sözlərinə görə, Türkiyənin Rusiyadan zenit-raket kompleksləri alması “ədalətli deyil” və bunun nəticəsində F-35 qırıcılarının Ankaraya verilməsi mümkün olmayacaq. “Defense One” nəşri isə yazır ki, Türkiyənin sifariş verdiyi F-35 Lightning II qırıcılarının 30 vahidi artıq mövcud olan potensial sifarişçi Polşaya təklif edilə bilər. Gözlənilir ki, Polşa bu təyyarələrin əsas alıcılarından biri olacaq. Habelə ABŞ Türkiyənin əvəzində F-35 qırıcılarını güzəştli şərtlərlə digər Şərqi Avropa ölkələrinə də təklif edə bilər. Söhbət ilk növbədə Estoniya və Litvadan gedə bilər. Habelə F-35 qırıcılarının Ukraynaya satılması imkanları istisna edilmir. “Əgər kimsə doğrudan da Putini ola bilsin təhlükəli üsulla özündən çıxarmaq istəyirsə o zaman həmişə Ukrayna var”,-nəşr yazır. Bununla belə nəşr F-35 qırıcılarının Ukraynaya verilməsini “ekstremal addım” sayır və bildirir ki, bu zaman texnologiyanın sızması mümkündür. Hazırda ABŞ-ın “Lookhed Martin” şirkəti Türkiyənin sifarişi ilə 30 vahid F-35 qırıcılarının istehsalını yekunlaşdırmaq üzrədir. Daha 4 belə qırıcı isə ABŞ-da Türkiyə pilotlarına təlim verilməsi üçün istifadə edilirdi, amma S-400 gərginliyinə görə həmin pilotlar Türkiyəyə geri göndərilib. Geri qayıt |