Əsas Səhifə > Dünya > Pentaqon: Türkiyə F-35 proqramından 9 milyard dollar itirəcək
Pentaqon: Türkiyə F-35 proqramından 9 milyard dollar itirəcək18-07-2019, 08:46 |
ABŞ-ın Müdafiə Nazirliyi Türkiyənin F-35 təyyarələrinin yaradılması proqramından çıxarılması ilə əlaqədar maliyyə itkilərini açıqlayıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların müdafiə nazirinin müavini Ellen Lord bildirib Pentaqon rəsmisinin məlumatına görə, Türkiyənin maliyyə itkiləri 9 milyard dollar təşkil edəcək. "Türkiyə, təəssüf ki, iş yerləri və bəzi iqtisadi imkanlar itirəcək. Bu ölkə F-35 proqramı üzrə kooperasiya proqramı çərçivəsində yönəldilmiş vəsaitdən 9 milyard dollar əskik alacaq", - deyə o vurğulayıb. Pentaqon rəsmisinin sözlərinə görə, Türkiyə F-35 üçün 900-dən çox detal istehsal etməli idi. "F-35 proqramı üzrə təlim almış bütün türk pilotları, həmçinin təlimatçılar, hansılar ki, hazırda ABŞ-dadır, ölkəni tərk etməli olacaqlar", - deyə Lord əlavə edib. "F-35-lərin alınması və proqramın reallaşdırılması üzrə ABŞ-ın Müdafiə Nazirliyi bölməsində işləyən 20 türk hərbi qulluqçu daha öz iş yerlərinə giriş əldə edə bilməyəcəklər", - deyə o, həmçinin vurğulayıb. Geri qayıt |