Əsas Səhifə > Dünya > Quaydo gələn həftə hakimiyyət mübarizəsinin yeni mərhələsinə başlayacağını bildirib
Quaydo gələn həftə hakimiyyət mübarizəsinin yeni mərhələsinə başlayacağını bildirib18-07-2019, 09:05 |
Venesuela müxalifətinin lideri Xuan Quaydo bildirib ki, gələn həftə - iyulun 23-də Karakas küçələrində Milli Assambleyanın (birpalatalı parlament) iclası olacaq və burada o, hakimiyyət uğrunda mübarizənin yeni mərhələsini elan edəcək. APA “TASS” agentıiyinə istinadən xəbər verir ki, bu barədə Quaydo şəxsi “Twitter” səhifəsində yazıb. “Parlamentin növbəti iclası iyulun 23-də xalqla birlikdə küçədə olacaq. Vətəndaş cəmiyyətinin gücü və Milli Assambleyanın fəaliyyəti sayəsində biz mübarizəmizin növbəti mərhələsinə küçəcəyik”, - Quaydo belə yazıb. Bundan başqa, o, bütün respublikanı bir araya gəlməyə səsləyib: “Hər kəs Karakasa!” Geri qayıt |