Əsas Səhifə > Dünya > Zelenski parlamentə nəzarəti də ələ keçirdi
Zelenski parlamentə nəzarəti də ələ keçirdi22-07-2019, 08:24 |
Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə başa çatıb. Trend-in məlumatına görə, artıq seçkilərin yekunlarına dair milli “exit-poll”un nəticələri də açıqlanıb. İlkin məlumatlara görə, ölkə Prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası - 43,9% səslə birinci yer tutub. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir 11,5% səslə. Qeyd edək ki, Ukraynada səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb. Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb. Geri qayıt |