Əsas Səhifə > Dünya > Venesuela ABŞ-dan şikayət edəcək
Venesuela ABŞ-dan şikayət edəcək29-07-2019, 11:17 |
Venesuela hökuməti ABŞ tərəfindən hava məkanlarının pozulmasına ilə bağlı BMT-yə şikayət etmək niyyətindədir. “Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Venesuela xarici işlər naziri Xorge Arreasa “Twitter”də bildirib: “Artıq bildirdiyimiz kimi, Tramp administrasiyası faktiki olaraq Venesuelanın hava məkanını pozduqlarını qəbul edir və bununla razılaşır. Ağır və cinayətkarcasına etirafdır. Onların xəbis niyyətinə şübhə yoxdur. Biz də BMT-yə şikayət edəcəyik”. Xatırladaq ki, şənbə günü Karib dənizi üzərində ABŞ-a məxsus “Lockheed EP-3” təyyarəsi Venesuela hökumətinin iddiasına görə bu ölkənin hava məkanına girmişdi. ABŞ tərəfi isə təyyarənin beynəlxalq hava məkanında uçduğunu bildirir. 21 iyul tarixində də ABŞ cəsus təyyarəsinin Karib dənizi üzərində Venesuela hava məkanına daxil olduğundan sonra Venesuelaya məxsus “SU-30” qırıcı təyyarəsi ABŞ hərbi qurumlarının açıqlamasına görə ona “təhlükəli məsafə”yədək yaxınlaşmışdı. Geri qayıt |