Əsas Səhifə > Dünya > Türkiyə müstəqil şəkildə "təhlükəsizlik zonası" yaratmağa hazırdır

Türkiyə müstəqil şəkildə "təhlükəsizlik zonası" yaratmağa hazırdır


30-07-2019, 10:46
Türkiyə müstəqil şəkildə "təhlükəsizlik zonası" yaratmağa hazırdır
Türkiyə ilə ABŞ arasında Suriyanın şimalında "təhlükəsizlik zonası"nın yaradılması ilə bağlı razılıq əldə edilməsə, Ankara onu təkbaşına formalaşdırmaq məcburiyyətində qalacaq. SalamNews "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Mark Esper ilə telefon danışığı zamanı deyib.

O qeyd edib ki, Türkiyə "təhlükəsiz bölgəsi" üzərində nəzarəti təmin edə biləcək yeganə "uyğun, adekvat və bacarıqlı qüvvədir".

Türkiyəli nazir həmçinin bildirib ki, Türkiyə ABŞ-ın PKK/ YPG terror təşkilatına dəstəyini tamamilə dayandırmasını gözləyib.

Geri qayıt