Əsas Səhifə > Dünya, Güney Press > Tramp Venesuelanı blokada ilə hədələyib

Tramp Venesuelanı blokada ilə hədələyib


2-08-2019, 11:31
Tramp Venesuelanı blokada ilə hədələyib
ABŞ prezidenti Donald Tramp Venesuelanı blokadaya almaq və ya karantin zonası elan edə biləcəyi bardə danışıb, ancaq bu məsələdə təfsilat verməyib.

FaktXəbər-in məlumatına görə, Ağ Evin həyətində mətbuat nümayəndələrinin suallarını cavablandıran Tramp uzun müddətdən sonra ilk dəfədir Venesuela haqqında bəyanat verib.

Tramp mövzu ilə bağlı digər suallara cavab verməyib.

ABŞ rəhbərliyi seçki yolu ilə hakimiyyətə gəlmiş Venesuela prezident Nikolas Maduronu qanuni hesab etmir və özünü müvəqqəti prezident elan edən müxalif Milli Məclis sədri Xuan Quaido rəhbərliyindəki müxalifətə açıq dəstək verir.

Tarixinin ən ciddi siyasi böhranını yaşayan Venesuelanı ABŞ bir neçə dəfə hərbi müdaxilə ilə təhdid edib.

Geri qayıt