Əsas Səhifə > Dünya > Tokio Kurildəki təlimə görə Moskvaya etiraz etdi
Tokio Kurildəki təlimə görə Moskvaya etiraz etdi5-08-2019, 10:33 |
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yesixide Suqa diplomatik kanallar vasitəsi ilə Kunaşir adası bölgəsindəki təlimlərə görə Moskvaya etiraz edib. FaktXəbər-in RİA Novosti-yə istinadlı məlumatına görə, Suqa Yaponiyanın avqustun 5-dən 10-dək planlaşdırılan manevrlər barədə məlumat toplayacağını söyləyib. "Rusiya hərbi qüvvələrinin şimal ərazilərində yerləşməsi bizim mövqeyimizə uyğun deyil və qəbuledilməzdir", - deyə o bildirib. Bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi Rusiya Baş nazirinin İturupa səfərinin Kuril adalarındakı "Yaponiyanın mövqeyi ilə uyğun olmadığını" söyləmişdi və bundan çox təəssüf hissi keçirdiyini bildirmişdi. Medvedev isə öz növbəsində Yaponiya tərəfinin etirazlarının Rusiya hökumətini narahat etmədiyini demişdi. Geri qayıt |