Əsas Səhifə > Dünya > Konqres Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilər

Konqres Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilər


7-08-2019, 08:09
Konqres Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilər
ABŞ Konqresinin respublikaçıları və demokratları ölkə prezidenti Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilərlər.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, Konqres üzvləri Türkiyəyə qarşı sanksiyaların bu ölkənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması səbəbindən tətbiq edilməyini istəyirlər.

Sanksiyalar 20170ci ildə ABŞ-da qəbul edilən "CAATSA" ("Amerika əleyhinə olanlara qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında") qanununa uyğun olaraq tətbiq edilməlidir.

Geri qayıt