Əsas Səhifə > Dünya > Braziliya ilk dəfə Venesuelaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır

Braziliya ilk dəfə Venesuelaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır


7-08-2019, 08:11
Braziliya ilk dəfə Venesuelaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır
Braziliya hökuməti Venesuela prezidenti Nikolas Maduronun yüksək vəzifəli şəxslərinə qarşı birtərəfli sanksiyalar tətbiq etməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Globo" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, sanksiyalara məruz qalanların ölkəyə girişi qadağan ediləcək.

Bundan əlavə gözlənilir ki, Braziliyanın xarici işlər naziri Ernest Arauj Lima şəhərində Venesueladakı vəziyyətlə bağlı beynəlxalq konfrans zamanı müvafiq tədbirin qəbul ediləcəyini elan edəcək. Rusiya isə görüşdə iştirak etməkdən imtina edib.

Venesuela son bir neçə ildə ciddi sosial-iqtisadi böhran keçiriri. BMT-nin hesablamalarına görə, artıq 4 milyondan çox insan ölkəni tərk edib.

Geri qayıt