Əsas Səhifə > Dünya > ABŞ və Türkiyə Birgə Əməliyyat Mərkəzi yaradacaq

ABŞ və Türkiyə Birgə Əməliyyat Mərkəzi yaradacaq


9-08-2019, 08:28
ABŞ və Türkiyə Birgə Əməliyyat Mərkəzi yaradacaq
ABŞ və Türkiyə Suriyadakı təhlükəsizlik zonasına nəzarət etmək üçün Birgə Əməliyyat Mərkəzi yaradacaq.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib

“Hələ üzərində işlənməli olan bəzi detallar mövcud olsa da, danışıqlarda atılan ilk addımlar bizi ruhlandırır. Planlaşdırma və tərəflər arasında razılaşdırılan nüansların həyata keçirilməsi üçün mərkəz qərargahı Türkiyədə olmaqla Birgə Əməliyyat Mərkəzi yaradılacaq. Suriyanın şimal-şərqində sülh və sabitliyə nail olmaq üçün tərəfdaşlarımızla bu vacib məsələ üzərində işləməyə davam edəcəyimizi gözləyirik” deyə, o bildirib.

Qeyd edək ki, Türkiyə və ABŞ Müdafiə nazirliklərinin rəsmiləri Suriyanın şimalında bufer təhlükəsizlik zonası yaradılması barədə razılıq əldə ediblər. Anadolu agentliyinin məlumatına görə, eni 30 kilometrdən 40 kilometrədək olacaq təhlükəsizlik zonası Türkiyə hərbçiləri tərəfindən ABŞ ilə əlaqələndirmə şəraitində nəzarətə götürüləcək. PKK/YPG silahlı qruplaşmaları bu ərazidən təmizlənəcək və onların ağır silahları alınacaq.

Geri qayıt