Əsas Səhifə > Dünya > Həmin Rusiya silahı İranda göründü, Fars körfəzi qarışdı

Həmin Rusiya silahı İranda göründü, Fars körfəzi qarışdı


9-08-2019, 09:16
Həmin Rusiya silahı İranda göründü, Fars körfəzi qarışdı
ABŞ Müdafiə Nazirliyi bildirir ki, İran öz sahilboyu ərazilərində radioelektron mübarizə və radioelektron siqnalları pozmaq üçün sistemlər yerləşdirib. Və bu sistemlər bütün Fars Körfəzi regionunda qlobal naviqasiya sistemi GPS-in işini poza bilər.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, söhbət Rusiyanın “Jitel” radioelektron mübarizə sistemlərindən gedə bilər, çünki həmin sistemləri bir neçə gün əvvəl İranda görüblər. İnternet resurslarında yer alan videokadrlara əsasən İranın çox güman ki, şimal əyalətlərindən birində şosse yolla üzəri çadırla örtülmüş radioelektron mübarizə sistemləri ilə yüklənmiş dörd qoşqu hərəkət edir. Mütəxəssislər həmin sistemlərin “Jitel” radioelektron mübarizə vasitələri olduğunu dəqiqləşdirə biliblər. Ehtimal olunur ki, sistemlər Xəzər dənizi üzərindən İrana çatdırılıb.

Pentaqonun versiyasına görə İran radioelektron mübarizə sistemlərini GPS sisteminin işini pozmaq və 30 kilometr məsafədə praktiki olaraq bütün növ gəmiləri nəzarət altına almaq üçün istifadə edə bilər. Habelə regionda kəşfiyyat pilotsuz təyyarələrin idarəetməsini ələ keçirərək onları öz hava sahəsinə keçirə və orada yerə endirər.

Digər məlumata görə Tehrandan Rusiyanın Hava Kosmik Qüvvələrinə məxsus Tu-134AK RA65729 təyyarəsi havaya qalxıb və Rusiyaya geri qayıdıb. Həmin təyyarənin İranda Rsuiy Baş Kəşfiyyat İdarəsinin bazasının yaradılmasına dair danışıqlar aparmaq üçün göndərilən heyətin olduğu bildirilir. Xəbərdə deyilir ki, Rusiya İranda QRU bazasını və hərbi təyyarələrin yerləşdirilməsi üçün platsdarm yaratmaq üçün praktiki olaraq Tehranla razılaşma əldə edib. Bu razılaşma ABŞ-ın İrana qarşı təzyiqləri artırdığı, İranın isə buna körfəzdə neft tankerlərini ələ keçirməklə və Amerika pilotsuz kəşfiyyat təyyarələrini hədəf almaqla reaksiya verdiyi bir vaxta təsadüf edir.

Geri qayıt