Əsas Səhifə > Dünya > Tramp: ABŞ-ın problemi Çin yox, FES-dir
Tramp: ABŞ-ın problemi Çin yox, FES-dir15-08-2019, 08:01 |
Federal Ehtiyyatlar Sistemi (FES) faiz dərəcəsini çox ləng azaldır. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu öz "Twitter" səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb. D.Tramp bildirib: "Çin bizim üçün problem deyil, lakin Honqkonq ətrafındakı vəziyyət məsələyə kömək etmir. Bizim problemimiz FES-dir. Həddən artıq çox və həddən artıq tez yüksəltdilər. İndi isə çox ləng azaldırlar". Onun sözlərinə görə, dövlət istiqrazlarının gəlirliliyi çox böyükdür və digər ölkələr əlacsız Cey Pauelə və FES-ə "təşəkkür" edirlər: "Almaniya və digərləri bu oyunu oynayırlar! Mənfi və düzgün olmayan gəlir! Biz daha çox gəlir əldə etməliyik, FES isə buna imkan vermir. Biz qalib gələcəyik!". Geri qayıt |