Əsas Səhifə > Dünya > Tramp Venesuelanın dənizdən mühasirəyə alınmasını istəyir

Tramp Venesuelanın dənizdən mühasirəyə alınmasını istəyir


19-08-2019, 10:34
Tramp Venesuelanın dənizdən mühasirəyə alınmasını istəyir
ABŞ Prezidenti Donald Tramp müdafiə sahəsindəki amerikalı səlahiyyətlilərə Venesueladan dəniz yolu ilə mal dövriyyəsinin həyata keçirilməsinə mane olmağı təklif edib.

"Report" xəbər verir ki, bu barədə "Axios" nəşri sabiq və hazırda vəzifədə olan 5 məmura istinadən yazıb.

Məlumata görə, Tramp Bolivar Respublikasının sahilləri boyunca gəmilərin yerləşdirilməsini və bununla da Venesuelanın dənizdən mühasirəyə alınmasını təklif edib.

Mənbələr Trampın fikrini, təxminən, bir il yarım müddətində həyata keçirmək istədiyini qeyd edir.

Ancaq bu ideya Pentaqonda elə də ciddi qarşılanmayıb.

Geri qayıt