Əsas Səhifə > Dünya > Türkiyə və ABŞ Suriyada təhlükəsiz zona ilə bağlı ilk etapa başlayıb

Türkiyə və ABŞ Suriyada təhlükəsiz zona ilə bağlı ilk etapa başlayıb


22-08-2019, 09:34
Türkiyə və ABŞ Suriyada təhlükəsiz zona ilə bağlı ilk etapa başlayıb
Türkiyənin müdafiə naziri Hulusi Akarla ABŞ müdafiə naziri Mark Esperin bu gün telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirlib ki, telefon danışığında Hulusi Akar Suriyada Fıratın şərqində təhlükəsiz zona ilə əlaqədar gözlənən görüş və gözləntilərini bildirib.

Nazir sözügedən bölgədə təhlükəsizlik zonansının müəyyən olunan əsaslar çərçivəsində tez bir zamanda yaradılmasını vacibliyini vurğulayıb.

Məlumatda daha sonra qeyd olunub ki, bu gündən etibarən təhlükəsiz zona məsələsinin ilk etapı başlanır. Bununla bağlı hər iki tərəfin hərbi heyətinin Ankarada ğörüşü ilə bağlı razılıq əldə edilib.

Bu barədə rəsmi Pentaqon da açıqlama yayınlayıb.

Geri qayıt