Əsas Səhifə > Dünya > G7 sammitində Fransa ilə ABŞ nümayəndə heyəti arasında fikir ayrılığı yaranıb
G7 sammitində Fransa ilə ABŞ nümayəndə heyəti arasında fikir ayrılığı yaranıb26-08-2019, 08:19 |
G7 sammiti çərçivəsində təşkilatçı ölkə ilə ABŞ-ı təmsil edən nümayəndə heyətinin üzvləri arasında bir sıra məsələlərin müzakirəsi zamanı fakir ayrılıqları olub. APA “TASS”a istinadən xəbər verir ki, yaranan fakir ayrılıqları hətta qonaqların narazılığına səbəb olub. Toplantıda dünya liderləri arasında müzakirə edilən qlobal iqlim dəyişikliyi, Şimali Koreya ilə bağlı siyasət və müvafiq tariflər mövzusunda kəskin mübahisələr yaranıb. Bu, daha çox Ağ Ev və Fransa rəsmiləri arasında özünü büruzə verib. Amerikalı nümayəndələrdən biri Fransa tərəfini vəziyyəti qəsdən mürəkkəbləşdirməkdə qınayıb. Qeyd edib ki, tərəflər arasında logistikadan tutmuş təhlükəsizlik məsələlərinə qədər müzakirə edilən məsələlərdə problem yaranıb. Geri qayıt |