Əsas Səhifə > Dünya > Quaydo G7 ölkələrinə Venesuelanın Rusiya və Çinlə böhranını müzakirə etməyi xahiş edib

Quaydo G7 ölkələrinə Venesuelanın Rusiya və Çinlə böhranını müzakirə etməyi xahiş edib


26-08-2019, 08:23
Quaydo G7 ölkələrinə Venesuelanın Rusiya və Çinlə böhranını müzakirə etməyi xahiş edib
Venesuela müxalifətinin lideri Xuan Quaydo G7 ölkələrinin hakimiyyətlərinə müraciət edərək, ölkəsinin Rusiya, Çin və Kuba ilə yaranmış siyasi böhranını müzakirə etməyi və onların mövqeyinə təsir göstərməyi xahiş edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Dünyanın demokratik ölkələri Nikolas Maduro rejiminə insan hüquqlarının sistematik pozulmalarının ciddi nəticələrə malik olacağını aydın şəkildə çatdırmağa məcburdur", - deyə müxalifətçi bildirib.

Qeyd edilir ki, Quaydo G7-nin hər ölkəsinin Kuba, Çin və Rusiya səfirləri ilə görüş, onlara oxşar üsulla fikir bildirməyi tələb etmək arzusunu ifadə edib.

Siyasətçi həmçinin G7 ölkələrinin növbəti görüşünün gündəliyinə Venesuela mövzusunu daxil etməyi xahiş edib.

Daha əvvəl məlum olub ki, Venesuela hökuməti ABŞ tərəfindən tətbiq edilən yeni sanksiyalara baxmayaraq müxalifətlə danışıqları dayandırmaq niyyətində deyil.

Geri qayıt