Əsas Səhifə > Dünya > Gürcüstan baş nazirinin bu gün istefa verəcəyi gözlənilir
Gürcüstan baş nazirinin bu gün istefa verəcəyi gözlənilir2-09-2019, 09:42 |
Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi gözlənilir. “Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısı saat 15:00-da xüsusi bəyanatla çıxış edəcək. Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb. Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq. Geri qayıt |