Əsas Səhifə > Dünya > "Nə olursa olsun, 31 oktyabrda Avropa Birliyini tərk edəcəyik"

"Nə olursa olsun, 31 oktyabrda Avropa Birliyini tərk edəcəyik"


3-09-2019, 10:10
"Nə olursa olsun, 31 oktyabrda Avropa Birliyini tərk edəcəyik"
İngiltərənin Baş naziri Boris Conson ölkənin Avropa Birliyindən çıxma tarixinin dəyişdirilməsini qəbuledilməz adlandırıb.

“Heç bir vəziyyətdə Avropa İttifaqına təxirəsalınma ilə bağlı müraciət etməyəcəyəm. Nə olursa olsun, 31 oktyabrda Avropa Birliyini tərk edəcəyik", deyə Conson hökumətin iclasından sonra bildirib.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, o qeyd edib ki, erkən parlament seçkilərinin keçirilməsinə qarşıdır.

Geri qayıt