Əsas Səhifə > Dünya > Trampla Makron İran məsələsini müzakirə ediblər

Trampla Makron İran məsələsini müzakirə ediblər


6-09-2019, 08:59
Trampla Makron İran məsələsini müzakirə ediblər
ABŞ prezidenti Donald Trampla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Tərəflər rəqəmsal vergi üzrə danışıqları müvəffəqiyyətlə başa çatdırmaq zərurətini qeyd ediblər.

"Liderlər İranın Fars körfəzində naviqasiyanın və ticarətin azadlığını hədələyən hərəkətləri ilə bağlı təmkinliyi saxlamaq zərurətini razılaşdırıblar", - deyə xəbərdə bildirilir.

Qeyd edilir ki, Tramp hazırda İranla bağlı sanksiyaların ləğv edilməyəcəyini təsdiqləyib.

Geri qayıt