Əsas Səhifə > Dünya > ABŞ prezidenti bəzi ölkələrə yardımları dayandırmaq niyyətindədir
ABŞ prezidenti bəzi ölkələrə yardımları dayandırmaq niyyətindədir7-09-2019, 11:16 |
ABŞ prezidenti Donald Tramp xarici ölkələrə göstərdikləri yardımların yenidən bölüşdürülməsi, bu zaman lazımi qədər isti münasibətdə olmadıqları ölkələrə yardımı dayandırmaq barədə sənəd hazırladıb. “Report” “Politico”ya istinadən xəbər verir ki, belə bir addımın mühüm səbəbi Rusiya və Çinlə artan geosiyasi rəqabət fonunda yeni müttəfiqlər əldə etmək zərurətidir. Nəticədə yardımların siyasi yox, humanitar mülahizələrə görə göstərilməsini nəzərdə tutan ənənəvi prinsipin pozulacağı da qeyd olunur. Hazırlanan plana görə, ABŞ onların xarici siyasətinə uymayan, əksinə, əks mövqedə olan ölkələrə yardımları dayandırır. Bu addım daha çox bəzi Asiya, Afrika, Latın Amerikası ölkələrinə şamil oluna bilər. Geri qayıt |