Əsas Səhifə > Dünya > Tramp Boltonun vəzifədən kənarlaşdırılmasının səbəblərindən danışıb
Tramp Boltonun vəzifədən kənarlaşdırılmasının səbəblərindən danışıb12-09-2019, 08:24 |
İstefaya göndərilmiş ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton böyük səhvlərə yol verib və Vaşinqton administrasiyasındakı vacib insanlarla ortaq fikir tapa bilməyib. APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp öz açıqlamasında deyib. “KXDR Dövlət Şurasının Sədri Kim Çen In üçün “Liviya modeli” haqqında danışması yanlış bir bəyanat idi. Baxın, Liviya lideri Muəmmar Qəddafinin başına nə gəldi. Belə bir açıqlama vermək lazım deyildi. Bu, yalnız bizi geri atdı”, - deyə prezident vurğulayıb. Prezident, həmçinin Con Boltonun Venesueladakı mövqeyi ilə razılaşmayıb: “Düşünürəm ki, qəbuledilməz mövqe tutdu. Haqlı olduğumu düşünürəm”. ABŞ lideri Boltonun bir neçə böyük səhvlərə yol verdiyini də əlavə edib: “Mənim əslində onunla çox yaxşı münasibətim var idi, amma rəhbərlikdə çox vacib hesab etdiyim insanlarla ortaq dil tapmadı”. ABŞ-ın dövlət başçısı Con Boltonun əvəzinə milli təhlükəsizlik məsələləri üzrə köməkçi vəzifəsinə beş namizədin nəzərdən keçirildiyini də qeyd edib. “Bu vəzifəyə gəlmək istəyən beş nəfər var. Çox insan həmin vəzifəni tutmaq istəyir, amma mən bu beş nəfəri daha çox məsuliyyətli hesab edirəm”, - deyə Tramp əlavə edib. Geri qayıt |