Əsas Səhifə > Dünya > Lavrov Suriyada müharibənin başa çatdığını deyib

Lavrov Suriyada müharibənin başa çatdığını deyib


13-09-2019, 08:36
Lavrov Suriyada müharibənin başa çatdığını deyib
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyadakı müharibənin "həqiqətən başa çatdığını" söyləyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bunu "Trud" qəzetinə müsahibəsində deyib.

"Ölkə getdikcə normal, dinc həyata qayıdır. Ayrı-ayrı gərginlik ocaqları yalnız Suriya hökumətinin İdlib və Fərat çayının şərq sahili kimi nəzarətində olmayan ərazilərdə qalır", - deyə o bildirib.

Nazirin sözlərinə görə, belə şəraitdə Suriyaya humanitar yardım göstərmək və "bu ölkədə, bütövlükdə Yaxın Şərq regionunda etibarlı və uzunmüddətli sabitliyə nail olmaq naminə böhranın həlli üçün siyasi prosesin irəliləməsi" vəzifələri ön plana çıxır.

Geri qayıt