Əsas Səhifə > Dünya > Lavrov və Pompeo BMT qərargahında görüşəcəklər

Lavrov və Pompeo BMT qərargahında görüşəcəklər


23-09-2019, 08:29
Lavrov və Pompeo BMT qərargahında görüşəcəklər
ABŞ-ın dövlət katibi Maykl Pompeo və Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun görüşü qarşıdakı cümə gününə planlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a BMT Baş Assambleyasının 74-cü sessiyasında Pompeonun görüşləri ilə bağlı brifinq keçirən ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.

"Görüş (Sergey Lavrovla -red) BMT qərargahında sentyabrın 27-də, saat 10:30-a planlaşdırılıb", - deyə o bildirib. Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, görüşün gündəliyi haqqında daha sonra bildiriləcək.

BMT Baş Assambleyasının 74-cü sessiyası ötən çərşənbə axşamı Nyu-Yorkda işə başlayıb.

Geri qayıt