Əsas Səhifə > Dünya > Maduro Rusiyaya rəsmi səfərə hazırlaşır
Maduro Rusiyaya rəsmi səfərə hazırlaşır24-09-2019, 08:17 |
Venesuela prezidenti Nikolas Maduro yaxın saatlarda Rusiyaya rəsmi səfər etməyə hazırlaşır. APA “Life”a istinadən xəbər verir ki, bu barədə o, çıxışı zamanı bildirib. “Dostumuz prezident Putinlə görüşmək üçün bu gecə Rusiyaya rəsmi səfər edəcəm”, - Maduro belə deyib. O, həmçinin rusiyalı sahibkarlarla görüşmək, iki ölkə arasındakı münasibətlərin dinamikası və mümkün yeni impulsları müzakirə etmək niyyətindədir. Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi məlumata görə, Vladimir Putin Soçidəki Valday Forumu çərçivəsində Venesuela prezidenti Nikolas Maduro ilə görüşəcək. Geri qayıt |