Əsas Səhifə > Dünya > Rusiya xüsusi təyinatlıları Norveçə daxil oldu

Rusiya xüsusi təyinatlıları Norveçə daxil oldu


30-09-2019, 09:36
Rusiya xüsusi təyinatlıları Norveçə daxil oldu
Rusiya xüsusi təyinatlı döyüşçüləri Norveç ərazisində görünüb. Virtualaz.org xəbər verir ki, Norveç kəşfiyyatındakı və NATO-dakı mənbələrə istinadən yayılan məlumata əsasən xüsusi təyinatlılar bu ölkənin materik ərazisində, habelə Şpitsbergen arxipelaqının ərazisində qeydə alınıb.

“AldriMer” nəşrinin bildirdiyinə görə, Rusiya xüsusi təyinatlıları mühüm infrastruktur obyektlərini öyrəniblər və ərazi kəşfiyyatı aparıblar. Mənbələr deyiblər ki, Norveçin materik hissəsində hərbçilər mülki geyimdə fəaliyyət göstərir.

ABŞ təyyarələri həmin rayonda havadan kəşfiyyat çəkilişləri aparıb və Rusiya xüsusi təyinatlılarının əks olunduğu fotoşəkilləri Norveç tərəfinə verib. Norveç Müdafiə Nazirliyində məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina ediblər.

Ehtimal olunur ki, Rusiya xüsusi təyinatlıları Norveç ərazisinə Şimal donanmasının təlimləri çərçivəsində müdaxilə ediblər. Avqustun 5-dən başlayan təlimlər çərçivəsində Şimal donanması Norveçin Şpitsbergen arxipelaqına yaxınlaşıb, təlimlər iki ay davam edib.

Norveç Rusiyanın hərbi müdaxilə riski qarşısında qaldığını neçə vaxtdır ki, gizlətmir. Dəfələrlə Rusiya aviasiyası Norveçə hava zərbələrini imitasiya edən təlimlər keçirib, habelə Rusiya Şimal qütbü istiqamətində hərbi qüvvələrini durmadan artırır.

Geri qayıt