Əsas Səhifə > Dünya > ABŞ Cənubi Koreya və Yaponiyanın müdafiəsi üçün bütün imkanlardan istifadə edəcək
ABŞ Cənubi Koreya və Yaponiyanın müdafiəsi üçün bütün imkanlardan istifadə edəcək2-10-2019, 08:35 |
Birləşmiş Ştatlar Cənubi Koreyanın və Yaponiyanın müdafiəsi üçün bütün imkanlardan istifadə edəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəisi, general Mark Millinin Pentaqonda Cənubi koreyalı və yapon həmkarları ilə görüşünün nəticəsinə əsasən mətbuat xidmətinin yaydığı xəbərdə deyilir. "General Milli ABŞ-ın ehtiyac olduğu halda Cənubi Koreyanı və Yaponiyanı müdafiə etməyi və Birləşmiş Ştatların hərbi imkanlarının bütün spektrindən istifadə edərək (regionda-red) sabitliyi təmin etməyi qətiyyətlə təsdiq etdi", - deyə komitədə qeyd ediblər. Tərəflər təhlükəsizlik sahəsində ümumi narahatlıqlara birlikdə reaksiya verməyi, regionda sülhün və sabitliyin təminatı üçün əməkdaşlıq etməyi razılaşdırıblar. Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) çərşənbə günü Yapon dənizinə tərəf raket buraxıb. Yaponiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, hazırda Yaponiyaya birbaşa heç bir təhlükə yoxdur. Geri qayıt |