Əsas Səhifə > Dünya > ABŞ 28 Çin şirkətini “qara siyahı”ya salıb
ABŞ 28 Çin şirkətini “qara siyahı”ya salıb8-10-2019, 08:20 |
ABŞ Ticarət Nazirliyi 28 Çin şirkətini “qara siyahı”ya salıb. “Report” xəbər verir ki, bu barədə “Reuters” müvafiq sənədə istinadən məlumat yayıb. Qeyd olunub ki, Çin şirkətləri ölkədəki Uyğur əhalisinin hüquqlarının pozulmasına görə ABŞ tərəfindən “qara siyahı”ya salınıb. Bildirilib ki, şirkətlər ABŞ-ın xarici siyasət maraqlarına zidd hərəkət edib. Bundan əlavə, nazirlik hesab edir ki, bu təşkilatlar ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradır. Geri qayıt |