Əsas Səhifə > Dünya > “ABŞ Maliyyə Nazirliyi Türkiyəyə sanksiya tətbiq edərsə, adekvat addım atılacaq”

“ABŞ Maliyyə Nazirliyi Türkiyəyə sanksiya tətbiq edərsə, adekvat addım atılacaq”


12-10-2019, 09:01
“ABŞ Maliyyə Nazirliyi Türkiyəyə sanksiya tətbiq edərsə, adekvat addım atılacaq”
“ABŞ Maliyyə Nazirliyi bu gün ölkəmizin “Barış bulağı” hərbi əməliyyatı ilə əlaqədar Türkiyəyə sanksiya tətbiq olunacağını açıqlayıb”.

APA-nın yerli bürosunun məlumatına görə, bu fikirləri Türkiyənin Xarici İşlər Nazirlyinin sözcüsü Hami Aksoy bildirib.

XİN sözçüsü deyib ki, “Barış buağı” hərbi əməliyyatı başlamazdan öncə rəsmi ABŞ-a və beynəlxalq ictimaiyyətə məlumat verilib: “Türkiyə milli təhlükəsizliyinə problem yaradan terror təşkilatları ilə mübarizədədir. Şübhəsiz ki, Türkiyə əleyhinə atılacaq hər addıma qarşı adekvat addım atılacaq”.

Geri qayıt