Əsas Səhifə > Dünya > Mark Esper: "Türkiyənin əməliyyatı İŞİD-in qaçışına gətirib çıxarıb"
Mark Esper: "Türkiyənin əməliyyatı İŞİD-in qaçışına gətirib çıxarıb"15-10-2019, 08:13 |
"Türkiyənin (Suriyada-red) əməliyyatı İŞİD döyüşçülərinin qaçışına gətirib çıxarıb". "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper bildirib. O, qeyd edib ki, əməliyyat Suriyada İŞİD-in darmadağın edilməsinə səbəb olub. Türkiyə Silahlı Qüvvələri artıq bir neçə gündür, Suriyada “Barış pınarı” antiterror əməliyyatı həyata keçirir. Məqsəd Türkiyənin Suriya ilə sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, habelə Suriyada əmin-amanlığın yaradılmasına müvəffəq olmaqdır. Daha əvvəl Pentaqon rəhbəri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil. "Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə - bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil", - Pentaqon başçısı deyib. Geri qayıt |