Əsas Səhifə > Dünya > ABŞ Türkiyəyə hərbə-zorba gəlməkdə davam edir
ABŞ Türkiyəyə hərbə-zorba gəlməkdə davam edir17-10-2019, 08:32 |
Ankara Suriyanın şimalındakı "Sülh bulağı" əməliyyatını dayandırmazsa, ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib. Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, vitse-prezident Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək danışıqlar uğurla yekunlaşmazsa, Türkiyə iqtisadiyyatını "dağıdıcı" nəticələr gözləyir. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb. Geri qayıt |