Əsas Səhifə > Dünya > Bəşər Əsədin məsləhətçisi ABŞ-Türkiyə razılaşmasını qeyri-müəyyən hesab edib
Bəşər Əsədin məsləhətçisi ABŞ-Türkiyə razılaşmasını qeyri-müəyyən hesab edib18-10-2019, 08:31 |
Suriya prezidentinin məsləhətçisi Buseyn Şaaban ABŞ və Türkiyə arasında Suriyanın şimalındakı kürd qüvvələrinə qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunan razılığı qeyri-müəyyən adlandırıb. APA “TASS” agentliyinə istinadən xəbər verir ki, Şaaban Türkiyənin təhlükəsiz bölgə yaratmaq siyasətinin Dəməşqdə “Suriya ərazisinin bir hissəsinin işğalı” kimi anlaşıldığını bildirib. Müşavirin sözlərinə görə, “problemin həlli, əgər Ankara həqiqətən buna səy göstərərsə, 1998-ci ildə Adanada imzalanan iki qonşu arasındakı sərhəd məsələlərini tənzimləyən Suriya-Türkiyə ikitərəfli müqavilələrinin icrası ola bilər”. Geri qayıt |