Əsas Səhifə > Dünya > Lukaşenko Prezident olmaqdan yorulduğunu söyləyib

Lukaşenko Prezident olmaqdan yorulduğunu söyləyib


19-10-2019, 09:19
Lukaşenko Prezident olmaqdan yorulduğunu söyləyib
Belarus Prezidenti Aleksandr Lukaşenko, dövlət başçısı vəzifəsində çalışmaqdan yorulduğunu söyləyib.

“Report” xəbər verir ki, bu barədə “BelAt” məlumat verib.

Belarus lideri qeyd edib ki, onun həyatı fırlanan qəfəsdə qaçan dələyə bənzəyir. O, əlavə edib ki, sıx cədvələ baxmayaraq, hələ də boş vaxtları olur.

Bundan əlavə, Belarus Prezidenti, vacib tədbirlər olmadıqda istirahət edə biləcəyini də diqqətə çatdırıb.

“Mən, həqiqətən, tamamilə məşğul bir insanam, istirahətə gedə bilmirəm. Çünki konstitusiyaya görə səlahiyyətləri verə biləcəyim vitse-prezidentimiz yoxdur. Həftədə üç-dörd gün, tətil götürsəm də, bu tətil deyil, sadəcə ictimai tədbirlər keçirmirəm” - deyə ölkə başçısı bildirib.

Geri qayıt