Əsas Səhifə > Dünya > Trampın populyarlığı azalıb
Trampın populyarlığı azalıb6-11-2019, 08:50 |
Amerika prezidenti Donald Trampın populyarlığı, 2020-ci ilin noyabr ayında keçiriləcək prezident seçkilərində rəqibi ola biləcək beş demokratdan aşağı səviyyədədir. "Report" TASS-a istinadən xəbər verir ki, bunu “NBC” və “The Washington Post” qəzetlərinin sifarişi əsasında “Langer Research Associates” sosioloji xidməti tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələri göstərib. Bu hesablamalara görə, beş siyasətçinin Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd olma şansları hələ də yüksəkdir. Söhbət keçmiş vitse-prezident Cozef Bayden, Vermont senatoru Berni Sanders, Massaçusets ştatının senatoru Elizabet Varren, South Bend (İndiana) şəhərinin meri Pite Butecac və Kalifornia senatoru Kamal Harrisdən gedir. Artıq bir neçə aydır ki, onlar demokratlar arasındakı seçki yarışının liderləri hesab olunurlar. Anketə görə, ABŞ-da prezident seçkiləri indi olsaydı, Tramp göstərilən beş siyasətçinin hər birinə uduzacaqdı. Bayden Demokrat namizəd olsaydı, 56% səs, Tramp isə 39% səs toplayacaqdı. Eyni nəticələr Sandersin Trampın rəqibi olacağı halda da qeydə alınacaq. Geri qayıt |