Əsas Səhifə > Dünya > Ərdoğan və Tramp Vaşinqtonda keçiriləcək görüşün tarixini təsdiqləyiblər

Ərdoğan və Tramp Vaşinqtonda keçiriləcək görüşün tarixini təsdiqləyiblər


7-11-2019, 08:17
Ərdoğan və Tramp Vaşinqtonda keçiriləcək görüşün tarixini təsdiqləyiblər
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığınınn gedişatında noyabrın 13-də Vaşinqtonda keçiriləcək görüşü təsdiq ediblər,

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Administrasiyasının xəbərində bildirilir.

Qeyd edilir ki, hər iki lider ABŞ prezidentinin dəvəti ilə noyabrın 13-də Vaşinqtonda keçiriləcək görüşü təsdiq edib. Tərəflər həmçinin ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər.

Bir gün əvvəl Rəcəb Tayyib Ərdoğan bildirib ki, noyabrın 13-də ABŞ-a səfər edib-etməyəcəyini bilmir. O, qeyd edib ki, Trampla telefon danışığının nəticəsinə görə qərar qəbul edəcək.

Geri qayıt