Əsas Səhifə > Dünya > Polşanın Baş naziri: “Rusiya özünü aqressiv aparır”

Polşanın Baş naziri: “Rusiya özünü aqressiv aparır”


11-11-2019, 08:45
Polşanın Baş naziri: “Rusiya özünü aqressiv aparır”
Polşanın Baş naziri Mateuş Moravetski ölkəsinin dünya birliyindəki davranışlarına görə Rusiya tərəfinə yaxınlaşmayacağını söyləyib.

“Report” un məlumatına görə, bu barədə o, “The Financial Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya özünü aqressiv aparır. Xüsusilə, Rusiyanın digər ölkələrin daxili işlərinə tez-tez müdaxilə etdiyi iddia olunur.

“Avropa Ukraynada, Belarusda və ya Gürcüstanda heç bir şey olmadığını iddia edə bilməz” deyə Moravetski əlavə edib.

O, qeyd edib ki, Polşa dinc və demokratik Rusiya ilə əməkdaşlıq etmək istəyir: “Lakin Rusiya dinc deyil və əksinə aqressivdir”.

Geri qayıt