Əsas Səhifə > Dünya > Saakaşvili Gürcüstanda növbədənkənar seçkilər tələbini dəstəkləyib
Saakaşvili Gürcüstanda növbədənkənar seçkilər tələbini dəstəkləyib15-11-2019, 08:47 |
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bildirib ki, ölkəsində birləşmiş müxalifətin proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin təyinatı haqqında tələbini alqışlayr və gələcəyə ümidlə baxır. "Report" xəbər verir ki, bu barədə o, "Pirveli" teleşirkətinin birbaşa yayımında bildirib. "Şübhəsiz, mən gürcü müxalifəti tələbini salamlayıram, mən bu prosesə fəal qoşulacam, Gürcüstanı xilas etmək lazımdır. Məndə heç vaxt olmadığı qədər ümid var! Biz hamımız dövlət quruluşunu və Gürcüstanın müstəqilliyini xilas etməliyik, ambisiyalarımızı təxirə salmalı və gürcü xalqını dəstəkləməliyik" , - deyə o, birbaşa yayımda qeyd edib. O, əlavə edib ki, aksiyanı ölkənin bütün regionlarına yaymağı və etirazları davam etdirməyi əhəmiyyətli hesab edir. Hazırda parlament binası qarşısında mitinq başa çatıb, ancaq yaxınlıqdakı ərazidə bir neçə çadır qurulub, onlarla insan yerdə gecələməyə qərar verib. Aksiya iştirakçıları tonqal qalayıblar, onlar özləri ilə isti geyim və yemək gətiriblər. Aksiyaçılar bildiriblər ki, genişmiqyaslı etirazlar bu gün - cümə günü səhər yenilənəcək. Geri qayıt |