Əsas Səhifə > Dünya > Avropada qanunsuz mühacirlər hansı ölkələrə sığınıb
Avropada qanunsuz mühacirlər hansı ölkələrə sığınıb15-11-2019, 09:05 |
Avropada son illər immiqrasiya yüksək həddə çatıb, ayrı-ayrı ölkələrdə sosial xidmətlər, təhlükəsizlik, deportasiya siyasəti və inteqrasiya məsələlərində onlarla necə davranmaq müzakirələrə yol açıb. Son illər gedənlərdən Avropada icazəsiz yaşayanlar çoxdur, sayları milyonlarla ölçülür. “Pew” araşdırma mərkəzinin yeni təhlili 2017-ci ildə Avropada azı 3,9 milyon qanunsuz mühacirin yaşadığını üzə çıxarıb. Bu rəqəmin hətta 4,8 milyon olduğunu da deyənlər var. 2014-cü ildə isə Avropada 3-3,7 milyon qanunsuz immiqrant yaşayırdı. Cəmi əhalinin 1 faizi Qanunsuz mühacirlərin sayı 2016-cı ildə pik həddə çatmışdı – 4,1 – 5,3 milyon arasında dəyişirdi. Ümumilikdə isə qanunsuz mühacirlər Avropa Birliyinin 28 üzvü və Avropa Azad Ticarət Assosiasiyasının (AATA) 4 üzvü – İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə 2017-ci ildə Avropada yaşayan, AB və AATA üzvü olmayan təxminən 24 milyon vətəndaşın isə beşdə birindən də azını qanunsuz mühacirlər təşkil edib. Araşdırma mərkəzi Avropada qanunsuz mühacir əhalinin son vaxtlar çoxalmasını 2015-ci ildə sığınacaq almağa gələnlərin kəskin artımı ilə izah edir. Həmin ildə 1,3 milyondan çox adam AB-AATA ölkələrində sığınacaq üçün müraciət edib. Çoxlarının Avropada qalması təsdiqlənib, bir çoxunun müraciəti rədd edilib. Bəziləri bundan şikayət verib. Müraciətləri rədd olunanların bəziləri hələ də Avropada qalır. Avropaya hansı ölkələrdən gedirlər Araşdırma qanunsuz mühacir əhalinin Avropanın əsasən dörd ölkəsində məskunlaşdığını üzə çıxarıb. Onların təxminən yarısı Almaniya və Böyük Britaniyada yaşayır. İtaliya və Fransada da əhəmiyyətli saydadırlar. Bu dörd ölkə Avropanın qanunsuz mühacirlərinin üçdə ikisindən (70%) də çoxunun məskəninə çevrilib. Müqayisə üçün, 2017-ci ildə Avropanın cəmi əhalisinin yarıdan azca çoxu Almaniya, Britaniya, İtaliya və Fransada yaşayıb. Mühacirlərin vətəninə gəlincə, 2017-ci ildə hər 10 qanunsuz mühacirdən üçü Asiya-Sakit Okean ölkələrindən olub. Əfqanıstan və Pakistan da həmin sıradadır. 23 faiz Avropanın AB və AATA üzvü olmayan ölkələrindən gedib, Rusiya və Türkiyə də həmin sıradadır. Qanunsuz mühacirlərin 21 faizi Suriya və İraq kimi Yaxın Şərq – Şimali Afrika ölkələrindən, 17 faizi Nigeriya və Eritreya kimi Saharaaltı Afrikadan, 8 faizi isə Amerika ölkələrindən gedib. Geri qayıt |