Əsas Səhifə > Dünya > Belarusun yeni parlamentində bircə müxalifətçi də olmayacaq
Belarusun yeni parlamentində bircə müxalifətçi də olmayacaq19-11-2019, 09:04 |
Belarusun Mərkəzi Seçki Komissiyası ölkə parlamenitinin aşağı palatasına seçkinin ilkin nəticələrini elan edib. ATƏT müşahidəçiləri seçkinin demokratik standartlara uyğun keçirilmədiyini bildiriblər. Bunun tam əksi olaraq MDB müşahidəçilərinin başçısı Sergey Lebedev noyabrın 17-də keçirilmiş seçkinin “azad, demokratik və ölkə konstitusiyasına tam uyğun” keçirildiyini deyib. Nümayəndələr Palatasına seçilmiş 110 deputatdan heç biri müxalifətdən deyil. Keçmiş parlamentdə onların iki deputatı var idi. Belarus Kommunist Partiyası bu seçkidə 11 mandat əldə edib. Liberal-demokrat partiyasının 1 mandatı var. Parlamentə iqtidaryönlü siyasi partiyalardan 9 nəfər keçib. Əmək və Ədalət Partiyası 6, Vətənpərvərlər Partiyası 2, Aqrar Partiya isə 1 mandat əldə edib. 17 noyabr seçkisində müxalifətin azı 7 partiyası namizəd irəli sürsə də, onlardan heç biri parlamentə düşə bilməyib. Ümumilikdə Belarus parlamentinin aşağı palatasına 66 kişi, 44 qadın seçilib. Beləliklə qadınlıar millət vəkillərinin üçdə birindən çoxunu təşkil edəcəklər. Yeni parlamentdə keçmiş parlamentin 30 deputattı da qalacaq. MSK-nın sədri Lidiya Yermoshina noyabrın 18-də deyib ki, köhnə parlmentdən 30 deputatın yeni parlamentə keçməsini prezident Alyaksandr Lukashenka da istəyirdi. Dövlət başçısı bildirmişdi ki, parlamentdə köhnə deputatların 30 faiz təşkil etməsi məqsədəuyğundur. Bu da xəbər verilir ki, seçicilərin 35, 77 faizi bu seçkidə əvvəlcədən səs verib. Əvvəlcədən seçkidə səs verməyə məcbur edildiklərindən tələbələr şikayət edirdilər. Onlara seçkidə səs verməsələr, cəzalandırılacaqları deyilmişdi. Müstəqil müşahidəçilər bildirirlər ki, hakimiyyət seçkidə iştirak edənlərin sayını azı iki dəfə şişirdib. Noyabrın 17-də keçirilmiş seçki erkən olsa da, bu, rəsmən elan edilməyib. Belarusun Milli Məclisi 1996-cı ildə, Lukashenka Ali Soveti buraxdıqdan sonra yaradılıb. Milli Məclisin heç bir qanun layihəsi hazırlamadığı və heç vaxt hakimiyyətin hazırladığı aktlara “yox” demədiyi söylənir. Qərbi Avropa və ABŞ Belarusda 1994-cü ildən bəri keçirilmiş heç bir seçki və ya referendumu azad və ədalətli olaraq tanımayıb. Müşahidəçilər indiyədək keçirilmiş bütün seçkilərdə pozuntuların kütləvi xarakter daşıdığını bildiriblər. Bu da qeyd olunur ki, Belarusda bir qayda olaraq bütün büdcə təşkilatları işçilərinin və tələbələrin erkən səsvermədə məcburi iştirakı tələb olunur. Geri qayıt |