Əsas Səhifə > Dünya > ABŞ-ın vitse-prezidenti: "Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər"

ABŞ-ın vitse-prezidenti: "Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər"


20-11-2019, 11:23
ABŞ-ın vitse-prezidenti: "Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər"
"Honqkonqdakı keçirilən nümayişlərdə iştirakçılara güc tətbiq edilməsi Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər".

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

"Çin prezidentinin bu məsələdə qərarı qətidir. Əgər nümayişçilərə qarşı humanist və təmkinli davranış olmasa ticarət razılaşması imzalamağımız çətin olacaq", - deyə, o, bildirib.

Xatırladaq ki, ötən gün keçirilmiş nümayişlər zamanı yüzlərlə etirazçıya qarşı sərt tədbirlər görülüb və onlar xəstəxanalara yerləşdirilib.

Geri qayıt